Zinəddin Zidan: "Eyni gəmidəyik, hamımızın səhvi oldu"

17:14 - 13 Sentyabr 2019

"Real"ın baş məşqçisi İspaniya La Liqasında "Levante" ilə oyun öncəs mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla oyunda zədələnən xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin durumundan danışıb:

 

"Luka Modriç bu həftə bizimlə olmayacaq. Ümid edirəm ki, qısa müddətdə sağalacaq və sıralarımıza qatılacaq. Nə zaman qayıdacağını bilmirəm, amma bu həftə oynamayacaq. Hər klubun zədə problemi ola bilər. Milli komandalarda çox futbolçumuz oynadı".

 

47 yaşlı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsində Uelsin Azərbaycanla matçda qələbə qolunu vuran Qaret Beyldən danışıb:

 

"Beylin nə qədər istedadlı olduğunu hər zamn demişəm. Yayda baş verənlər keçdi. Pis və yaxşı, o dönəm hamımız səhv etdik. Hamımız eyni gəmidəyik. Beyl və Xames Rodriqes bizimlədir. 21 gün ərzində 7 oyunumuz olacaq. Bütün futbolçulardan yararlanmalıyam. Tənqidlər dəyişməyəcək, amma nəticələri düzəltməliyik".

 

Zidan 19 yaşlı braziliyalı vinger Vinisius Juniorla bağlı bunları deyib:

 

"Vinisiusa çox güvənirəm. Hələ 19 yaşı var və onu "Real"ın gələcəyi kimi görürəm. Hər şey üçün zaman lazımdır. Bəzən oynamır, çünki əvəzinə başqası şans qazanır. Bu qədər sadə. Ona güvənmədiyim barədə yazmayın, çünki yaxşı futbolçudur. Ona inamım davam edəcək".

Xəbər xətti