23 yaşlı cazibədar model Əmrə Morun mesajlarını üzə çıxardı - FOTOLAR

18:27 - 13 Sentyabr 2019

İntizamsız futbolçu kimi tanınan "Qalatasaray"ın yarımmüdafiəçisi Əmrə Mor "İşte Benim Stilim" yarışmasında məşhurlaşan Yağmur Taktaşa "Instagram"da mesajlar yazıb.

 

23 yaşlı model Əmrənin "Məni yenə görməzlikdən gələcəksənsə, bir daha yazmayacağam" mesajını cavabsız qoyub. Yağmur onun mesajlarını paylaşıb və TV proqramda 22 yaşlı futbolçunun hərəkətindən danışıb:

 

"Əmrə Mor Türkiyəyə yeni gəlib. Təxminən, 2 milyon izləyicisi var. Mənə "Instagram"da mesaj yolladı. Mənə daha əvvəl görüşdüyümüzü deyir, ancaq mən xatırlamıram. Mən dünya ulduzları ilə danışıram. Ulduzların da mesajları var, istəsəm, onları da ifşa edərəm. Əmrə məndən yaşda kiçikdir. Yaşı az olan oğlanları xoşlamıram. Mənim 23 yaşım var və mənə həyatda nəsə öyrədə biləcək kişilərlər münasibət qurmaq istəyərəm".

 

Image

Image

Image

Xəbər xətti