İspaniyanın "Sevilya" klubunun yarımmüdafiəçisi Fernando La Liqanın IV turunda səfərdə "Alaves"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu qələbəni şərh edib və Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri oyundan danışıb:
"Çətin oyun keçdi. İlk hissəni yaxşı keçirdik, amma fasilədən sonra ağır oldu. Buna baxmayaraq, qələbə bizim oldu. Xoan Xorda cərimə zərbəsini möhtəşəm yerinə yetirdi. İnanıram ki, belə davam edəcək və qollar vuracaq. Artıq "Qarabağ"la oyunu düşünmək lazımdır. Məncə, hamımız hazırıq və çox yaxşı hazırlaşırıq. Ümid edirəm ki, qələbə qazanmaq üçün yaxşı oynamağa davam edəcəyik".
"Qarabağ" - "Sevilya" matçı sentyabrın 19-u Tofiq Bəhramov adına Respbulika Stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti 20:55-də səslənəcək.
saytlarin hazirlanmasi