"Real"ın futbolçusu Eden Hazard İspaniya La Liqasının IV turunda "Levante" ilə görüşdə (3:2) çempionatda ilk rəsmi oyununu keçirdi.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, Belçika millisinin üzvü "Real"da oynamağın ən böyük hədəfləri arasında olduğunu deyib:
"Çelsi"də çıxış edəndə bir gün xəyal etdiyim "Real"da oynayacağımı bilirdim. "Çelsi"də yeddi il oynayacağımı gözləmirdim. Klubda hər şey qaydasında getdi və hesab edirəm ki, buna görə də "Çelsi"də uzun müddət qaldım. Hazırda "Real"da olmaq mənim üçün bir yuxudur. və bu vəziyyətdən ən yaxşı şəkildə yararlanmaq istəyirəm".
Hazard "Real"da gözləntilərin hər zaman böyük olduğunu bildirib:
"Real" azarkeşləri hər mövsüm Çempionlar Liqası kubokunu istəyir. Komandadan gözlənti hər zaman yüksəkdir. "Real"a gəldiyim gündən uğur qazanmaq təzyiqini üzərimdə hiss edirəm. Ancaq bu, bizi məyus etmir".
28 yaşlı yarımmüdafiəçi İspaniya və İngiltərədəki azarkeşləri müqayisə edib:
"İspaniyada əsl azarkeşlər var. İngiltərədə isə belə deyil. İngiltərədə gənclər, qadınlar, bir sözlə, hər kəs futbolla maraqlanır, amma fanat deyillər. "Çelsi"də uduzan zaman fəlakət olduğunu hiss etmədim, amma "Real"da vəziyyət fərqlidir".
saytlarin hazirlanmasi