Ötən ilin oktyabrın 11-də Rusiyanın Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pakı döyən "Zenit"in hücumçusu Aleksandr Kokorinlə "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayev azadlığa buraxılıb.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar məhkəmə qərarı qüvvəyə mindikdən 10 gün sonra cəzaçəkmə müəssisəsini tərk edib.
Futbolçular və Kokorinin qardaşı Kirill şərti azadlığa çıxıb.
Kokorinin bu həftə “Zenit”də tibbi baxışdan keçib, komandaya qoşulacağı gözlənilir.
Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, Mamayevə isə 1 il 5 ay həbs cəzası verilmişdi.
saytlarin hazirlanmasi