“Barselona”nın 16 yaşlı futbolçusu Ansu Fati İspaniya vətəndaşlığı alacaq.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, gənc futbolçu İspaniya yığmasında oynamaq qərarına gəlib. Fati İspaniyanın U-17 yığmasına dəvət alacaq və Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək.
Qvineya-Bisauda doğulan futbolçunun Portuqaliya yığmasında oynamaq variantı olsa da, o, İspaniyanı seçib.
Fati bu mövsüm "Barselona"da 3 oyuna 2 qol vurub, 1 assist edib.
saytlarin hazirlanmasi