"Barselona"nın direktoru Oskar Qrau "Marca"ya açıqlama verib.
Sportal.az xəbər verir ki, klub rəsmisi yay transfer dönəmində PSJ-dən Neymarın keçidi üçün əllərindən gələni etdiklərini bildirib:
"Neymarı transfer etmək üçün əlimizdən gələni elədik. Bütün fikrimiz bu transferi həll etməyə yönəlmişdi. PSJ-yə alternativ təkliflər etdik".
"Barselona" yayda PSJ-yə 27 yaşlı hücumçunun keçidi üçün 138 milyon avro və İvan Rakitiçi təklif etmişdi.
Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olub.
saytlarin hazirlanmasi