Ramon Monçi: "Qarabağ"la oyun asan olmadı"

12:46 - 21 Sentyabr 2019

"Sevilya"nın idman direktoru Ramon Monçi "Marca"ya açıqlamasında Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi matçın çətin keçdiyini bildirib:

 

"Qarabağ"la oyun asan olmadı. Komanda mövsümün startından sabit çıxış edir. Yaxşı başlamaq hər zaman önəmlidir".

 

Məşhur futbol funksioneri "Sevilya"nın La Liqanın V turunda "Real"a qarşı keçirəcəyi matç barədə danışıb: "Əgər "Real"la oynayırsansa, deməli, favorit onlardır. Sonra necə olacaq, bu, digər məsələdir. 90 dəqiqə mübarizə aparmaq lazımdır".

Xəbər xətti