Rusiyanın “Krasnodar” klubu həbsdən yeni çıxan futbolçusu Pavel Mamayevlə yolları ayırıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
“Pavellə yaşanan vəziyyət çox ağrılı idi. Bütün normal insanlar kimi biz də bunu dərindən hiss etdik. Bu məqam azarkeşlərimizin yaddaşında qalacaq”, - deyə klubun məlumat yayıb.
Ötən ilin oktyabrın 11-də Rusiyanın Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pakı döyən "Zenit"in hücumçusu Aleksandr Kokorinlə "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayev həbs edilmişdi. Onlar ötən günlərdə azadlığa çıxıb.
saytlarin hazirlanmasi