"Real" "Sevilya"nı minimal hesabla məğlub etdi - VİDEO

01:17 - 23 Sentyabr 2019

İspaniya La Liqasında V tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasnın qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sevilya" "Ramon Sançes Pisxuan"da "Real"ı qəbul edib və 0:1 hesabı ilə uduzub.

 

"Sevilya" sentyabrın 19-u Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəlmişdi.

 

La Liqanın turnir cədvəlində "Atletik"lə "Real" 11 xalla ilk iki pilləni bölüşür. "Qranada", "Real Sosyedad", "Sevilya" və "Atletiko" 10 xalla 3-6-cı yerlərdə qərarlaşıb.

 

"Sevilya" - "Real" - 0:1

Qol: Kərim Benzema, 64

 

Xəbər xətti