Xulen Lopeteqi: "Azərbaycana uzaq səfəri bəhanə gətirmək istəmirəm"

12:21 - 23 Sentyabr 2019

İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xulen Lopeteqi La Liqanın V turunda “Real”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis sentyabrın 19-u Bakıda "Qarabağ"a qarşı keçirdikləri oyunu məğlubiyyətə bəhanə gətirmək istəmədiyini bildirib:

 

“Bu matçda sona qədər mübarizə apardıq. Bir qolla uduzduq. Təəssüf ki, ən azı bir xal qazana bilmədik. İlk hissədə qol epizodlarımızı dəyərləndirə bilmədik. Bu həftə “Qarabağ”la oyun üçün Azərbaycana uzun səfər etmişik. Məğlubiyyətə bəhanə gətirmək istəmirəm. Onsuz da həftədə iki matç keçiririk. Mövsümün sonuna qədər belə davam etməliyik”.

 

“Sevilya” Bakıda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti