Ramil Şeydayevin klubu baş məşqçi ilə bağlı rəsmi qərarını açıqladı

16:12 - 23 Sentyabr 2019

Rusiyanın "Dinamo" klubu baş məşqçisi Dmitri Xoxlovun istefaya göndəriləcəyi xəbərləri təkzib edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi bununla bağlı bəyanat yayıb. 43 yaşlı mütəxəssisin qış fasiləsinə qədər klubdan ayrılmayacağı qeyd edilib.

 

"Dinamo" 10 turdan sonra 10 xal toplayıb.

 

Paytaxt klubunda çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayev son dörd oyunda meydana çıxmayıb. 22 yaşlı hücumçu altı qarşılaşmada bir assist edib.

Xəbər xətti