İspaniyanın "Real" klubunun baş məşqçisi Zinəddin Zidan La Liqanın altıncı turunda "Osasuna"ya qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəssis 18 yaşlı braziliyalı hücumçu Rodrqio və yayda "Lion"dan transfer edilən Ferlan Mendinin oynamaması ilə bağlı bunları deyib:
"Rodriqo ilə bağlı nə edəcəyimizi bilirik. Verəcəyimiz qərarlar bizə məxsusdur. İkinci komandada oynamaqdan razı olacağına əminəm. Mendi bizimlə olduğu üçün məmnundur. Kənarda qalması onu üzür, amma çox matçımız var və səbirli olmalıdır. Komandada qərarlar mənə məxsusdur".
Zidan komandadan razı qaldığını deyib:
"Xames Rodriqes yaxşı futbolçudur. Qaret Beyl də komandaya fayda vermək istəyir. Hücumda və müdafiədə bizə fayda verir. 25 nəfərlik komandayıq və hər kəs özünü göstərmək istəyir. Komandadan razıyam. "Osasuna" ilə vacib oyuna çıxacağıq. "Sevilya" ilə oyundakı performansımızı tərkrarlamalıyıq. "Osasuna" özünə güvənən komandadır. Sürprizə imkan verməməliyik. Liqada belə şeylər ola bilər. Rəqibimiz hələ uduzmayıb. Çempionatda yaxşı komandalar var. Üç xal üçün mükəmməl oynamalıyıq".
Zidan istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
"Qalib gələndə yaxşı, məğlub olanda isə pis oluruq. Bu, hər zaman belədir. Məğlub olanda göndərilirsiniz, qalib gələndə davam edirsiniz. Uğursuz seriya hər zaman olur. Önəmli olan önünə baxmaq və bu vəziyyətdən çıxmaqdır.Yaşanmış pis və yaxşı şeyləri geridə qoyub, irəli baxmalıyıq. Hər zaman bu hirs və istəklə davam etməliyik".
saytlarin hazirlanmasi