Ter Şteqen - Noyer qalmaqalı böyüyür

12:12 - 25 Sentyabr 2019

Almaniya millisində daxili ab-hava gərgindir.

 

Sportal.az xəbər verir ki, Münhenin "Bayern" klubunun prezidenti Uli Hönes "Bild"ə açıqlamasında komanda üzvlərinin yığmanı boykot edə biləcəklərini deyib. 

 

Yığmanın ötən iki matçında ehtiyatda qalan "Barselona"nın qapıçısı Mark-Andre ter Şteqen bu vəziyyətdən mənun olmadığını demişdi.

 

Uli Hönes millinin qapısını Manuel Noyerin qorumalı olduğunu söyləyib: "Əgər ter Şteqen millinin "bir nömrə"si olsa, Almaniya yığmasına futbolçu göndərməyəcəyik".

 

Almaniya millisinin meneceri Oliver Birhoff "Bayern"in prezidentinin təhdidinin önəmli olmadığını vurğulayıb: "Bundan qorxmuruq. FIFA-nın bununla bağlı təlimatları var".

 

33 yaşlı Noyer yığmada 90 oyun keçirib. 27 yaşlı ter Şteqen isə 22 dəfə yığmanın qapısını qoruyub.

Xəbər xətti