Rusiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" səfərdə aşağı liqa təmsilçisi "Luç"la qarşılaşıb. Görüş Vladivastok klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Moskva təmsilçisi kubokla vidalaşıb.
Ramil Şeydayev oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. 22 yaşlı forvard 82-ci dəqiqədə sarı vərəqə alıb.
saytlarin hazirlanmasi