İspaniya La Liqasında 6-cı tura yekun vurulub.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Sevilya" "Eybar"ın qonağı olub. Əndəlüsiyalılar ilk hissəni 2:0 hesabı ilə öndə tamamlasa da, meydan sahibləri ikinci hissədə oyunu öz xeyirlərinə dəyişib - 3:2.
"Sevilya" 10 xalla 7-ci, "Eybar" 5 xalla 16-cıdır.
"Eybar" - "Sevilya" - 3:2
Qollar: Fabian Orelyana, 66 (pen.), Pedro Leon, 77, Xose Anxel, 82 - Lukas Okampos, 11, Oliver Torres, 33
saytlarin hazirlanmasi