Almaniya Futbol İttifaqının yeni prezidenti

16:51 - 27 Sentyabr 2019

Almaniya Futbol İttifaqının yeni prezidenti müəyyənləşib.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, Frankfurt şəhərində keçirilən seçkidə Frits Keller ittifaqın prezidenti seçilib. 62 yaşlı funksioner seçkidə yeganə namizəd idi.

 

Keller bu vəzifədə aprel ayında istefa verən Raynhard Qrindeli əvəzləyib.

Xəbər xətti