"Barselona"nın 16 yaşlı ulduzu Ansu Fati İspaniya millisinə dəvət alıb.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, yığmanın çalışdırıcısı Roberto Moreno gənc vingeri 40 nəfərlik geniş siyahıya əlavə edib.
Qvineya-Bisauda doğulan futbolçu İspaniya pasportunu alıb və bu ölkənin yığmasını seçib.
"Barselona"nın yetirməsi bu mövsüm La Liqada 5 oyuna 2 qol vurub, 1 assist edib.
saytlarin hazirlanmasi