"Borussiya"dan Sanço açıqlaması

12:40 - 1 Oktyabr 2019

"Borussiya"da göstərdiyi performansla böyük klubların hədəfinə düşən Ceydon Sanço ilə bağlı Dortmund cəbhəsindən açıqlama gəlib.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, klubun idman direktoru Mixael Sork İngiltərə millisinin üzvünün uzun müddət "Borussiya"da qalmayacağını deyib:

 

"Sançonun 5 il bizimlə olmayacağını bilmək üçün falçı olmağa ehtiyac yoxdur. Sanço bizdə çox inkişaf elədi. Bunu İngiltərə klublarında edə bilməzdi. Gənclərə güvənirik, etimad göstəririk. Onları oyuna buraxmaqdan çəkinmirik".

 

İtaliya mətbuatının məlumatına görə, "Yuventus" Sançonu transfer etmək üçün 150 milyon avro büdcə ayırıb.

 

19 yaşlı vingerin "Borussiya" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq. Sanço Bundesliqa təmsilçisində 64 oyuna 18 qol vurub, 29 assist edib.

Xəbər xətti