Rusiya Premyer Liqasının 12-ci turunda “Orenburq”un qonağı olan Moskva “Dinamo”su 0:2 hesabı ilə uduzdu.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ardıcıl 4-cü məğlubiyyətdən sonra baş məşqçisi Dmitri Xoxlovu istefaya yollayıb.
Yaxın günlərdə komandanın müvəqqəti baş məşqçisinin adı açıqlanacağı qeyd edilib.
42 yaşlı mütəxəssis 2017-ci ildən “Dinamo”nu çalışdırırdı.
Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev "Dinamo"da çıxış edir.
saytlarin hazirlanmasi