İspaniyanın "Barselona" klubu qapıçısı Mark-Andre ter Şteqenlə müqaviləni yeniləməyə hazırlaşır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, tərəflər bununla bağlı danışıqlar aparır. Növbəti həftə anlaşmanın əldə ediləcəyi gözlənilir.
27 yaşlı qapıçı 2014-cü ildən kataloniylalılarda çıxış edir. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
saytlarin hazirlanmasi