Beyl Zidanın qərarına qəzəblənib - ayrılmaq istəyir

11:44 - 9 Oktyabr 2019

Uels millisinin üzvü Qaret Beylin Madrid "Real"ından ayrılacağı ilə bağlı iddialar yayılıb.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı vinger Çempionlar Liqasında "Brügge"yə qarşı oyunun iştirak ərizəsinə salınmadığı üçün qəzəblənib. Xəbərdə Beylin baş məşqçi Zinəddin Zidanın qərarını anlamadığı və yaxşı formada olduğu vaxtda kənarda qalmasını qəbul etmədiyi qeyd edilib.

 

Ulduz futbolçunun agentinə yeni klub tapması ilə bağlı göstəriş verdiyi söylənilir.

 

Beylin "Real"la müqaviləsi 2022-ci ildə başa çatır. Uelsi futbolçu bu mövsüm 7 oyuna 2 qol vurub, 2 assist edib.

Xəbər xətti