"Ançelottinin istefaya göndərildiyini deyəndə ağlamaq istəyirdim"

16:32 - 11 Oktyabr 2019

"Bavariya"nın idarə heyətinin sədri Karl-Hayns Rummeniqqe Münhen klubunun sabiq baş məşqçisi Karlo Ançelotti barədə danışıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi hazırda "Napoli"ni çalışdıran mütəxəssisi göndərdiklərinə görə təəssüfləndiyini deyib:

 

''Ançelotti yaxşı mütəxəssisdir. Həmin vaxt komandada işlər qaydasında deyildi. Bu səbəbdən də istədiyimiz nəticələri əldə edə bilmirdik. Ona istefaya göndərildiyini deyəndə ağlamaq istəyirdim".

 

Ançelotti 2016-2017-ci illərdə "Bavariya"nın baş məşqçisi olub. 60 yaşlı italiyalı mütəxəssis Münhen klubu ilə 1 dəfə Almaniya çempionu olub, iki dəfə ölkə superkubokunu əldə edib.

Xəbər xətti