Azərbaycan Çexiyaya böyük hesabla uduzdu

21:52 - 12 Oktyabr 2019

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Çexiyanın Opava şəhhərində keçirilən görüşdə Azərbaycan millisi 0:4 hesabı ilə uduzub.

 

Azərbaycan millisi turnirdəki ilk oyununda Norveçə 0:1 hesabı ilə məğlub olmuşdu.

 

Avropa çempionatı
Seçmə mərhələ

12 oktyabr

 

20:00 Azərbaycan – Çexiya - 0:4

Qollar: Filip Firbacher, 4, 68, Lukas Çerv, 20, Yakub Zeronik, 48

Baş hakim: Alan Mario Sant  (Malta)

 

Çexiya: 23. Yakub Markovic, 5. Simon Gabriel, 7. Yakub Zeronik, 8. Lukas Çerv, 9. Filip Firbacher, 11. Matyas Kozák, 12.  Daniel Kosek, 13. Jan Zamburek, 18. Tomas Vlcek (k), 19. Matej Radosta, 20. Mixal Szewieczek

 

Ehtiyat oyunçular: 1.Yakub Trefil (GK), 2.Martin Cedidla, 4. Mixal Hošek, 6. Matej Vít, 14. Karel Zilak, 15. Antonun Svoboda, 17. Adam Karabec, 21. David Pech, 22. Yakub Kosar

 

Baş məşqçi: Lubos Kozel 
 

Azərbaycan: 12. Əkbər Vəliyev, (22. Ayxan Arazlı, 26), 2. Elnur İbrahimov, 4. Şahin Sahan Muersel, 6. İdris İnqilablı, 9. Musa Qurbanlı, 10. Turan Vəlizadə (k), 14. Ədilxan Qarəhmədov, (19. Veysəl Rzayev, 55), 16. Nihad Quliyev, 18. Emre Kaplan, 20. Rüfət Abdullazadə, 21. İsmayıl Zülfüqarlı

 

Ehtiyat oyunçular: 11. Tural Bayramov, 17. Əli Mürsəlov, 8. Təbriz İsazadə, 7. Samir Qurbanov, 3. Murad Məmmədov, 5. Xəyal Muradov, 15. Nihad Qurbanlı

 
Baş məşqçi: Samir Əliyev

Xəbər xətti