Rüfət altı il sonra millidə qol vurmasından danışdı: "Nəhayət, bunu bacardım"

13:41 - 12 Oktyabr 2019

Azərbaycan millisinin Bəhreynlə keçirilən yoldaşlıq oyununda (3:2) ilk qolunun müəllifi olan Rüfət Dadaşov "Bild" nəşrinə qısa açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Almaniya III Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən 28 yaşlı hücumçu altı illik həsrətə son qoyduğu üçün sevindiyini deyib:

 

"Nəhayət, uzun fasilədən sonra Azərbaycan millisində qol vura bildim. Macarıstanla oyunda da meydana çıxacağıma ümid edirəm".

 

Almaniya futbolunun yetirməsi olan milliləşən legionerin yığmada keçirdiyi 24-cü oyunda 5-ci qolunu vura bilib. 

 

Dadaşov fasilələrlə çağırıldığı yığmada son qolunu 6 il əvvəl – 2013-cü il oktyabrın 11-də vurmuşdu. O, Şimali İrlandiya ilə DÇ-2014-ün Bakıdakı seçmə oyununda (2:0) fərqlənmişdi.

 

Xəbər xətti