AÇ-2020-nin seçmə mərhələsində Macarıstan yığmasının qonağı olacaq Azərbaycan millisinin futbolçusu Emil Balayev oyun öncəsi mətbuat konfransında fikirlərini bildirdi.
Sportal.az xəbər verir ki, 25 yaşlı matça yaxşı hazırlaşdıqlarını bsöylədi:
“Komandamızda əhval-ruhiyyə yüksəkdir. Çünki bura Bəhreyndən qələbə ilə gəlmişik. Oyuna yaxşı hazırlaşmışıq. Macarıstanın Xorvatiyaya 0:3 hesablı məğlubiyyəti hələ heç nə demək deyil. Sabah bizi maraqlı oyun gözləyir”.
Qazaxıstan “Tobol”unun qapıçısı Xorvatiyaya qarşı debüt matçında həyəcanlı olmadığını da dilə gətirdi: “Futbol kollektiv oyundur. Bəli, ilk matçım idi. Ancaq gərgin deyildim, çünki komanda yoldaşlarım mənə inamını nümayiş etdirirdi. Düşünürəm ki, sabah da həyəcanlı olmayacam”.
saytlarin hazirlanmasi