Araz Abdullayev: "Üzrə görə xal vermirlər"

23:47 - 13 Oktyabr 2019

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyunundan (0:1) sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi görüşün hollandiyalı baş hakimi Dennis Yohan Hiqlerin 90+3-cü dəqiqədə verdiyi yanlış qərara görə Azərbaycan yığmasından üzr istədiyini deyib:

 

“Bir xala layiq idik. Hakim oyundan sonra qolunumuzu saymadığı üzr istədi. Bu heç nəyi dəyişmir. Üzrə görə xal vermirlər. Qarşıdakı oyunlara baxmalıyıq. Öz oyunumbarədə danışmağı xoşlamıram. Çalışdım ki, komandaya kömək edim”.

Xəbər xətti