Rəşad Sadıqov: "Bu qədər də haqsızlıq olmaz!"

12:30 - 14 Oktyabr 2019

"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyununda (0:1) üzləşdiyi haqsızlığa münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, yığmanın keçmiş kapitanı özünün rəsmi "Instagram" səhifəsində Bəhlul Mustafazadənin sayılmayan qol epizodunu paylaşaraq, qeyd edib: "Daha bu qədər də haqsızlıq olmaz!"

 

Matçın 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadə topu rəqib qapısından keçirsə də, oyunun niderlandlı hakim Dennis Hiqler onun əllə oynadığını əsas gətirərək, qolu qeydı almayıb. Epizodun təkrarında referinin səhvə yol verdiyi görünüb.

 

 

 

Xəbər xətti