Almaniya II Bundesliqa təmsilçisi "Sankt-Pauli" klubu futbolçusu Cenk Şahini "Instagram"da "Barış pınarı" hərəkatına dəstək olduğu üçün əsas komandadan kənarlaşdırmışdı.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə bağlı qərar qəbul edilib. Klub rəhbərliyi türkiyəli oyunçu ilə yolları ayıracaq. Müqaviləsi 2021-ci ilə qədər olan futbolçuya başqa klublarla danışıqlar aparmasına icazə verilib. Cenk bu müddətdə komandanın məşqlərinə qatıla biləcək.
Almaniya klubu Cenk Şahinin paylaşımının klubun imicinə uyğun olmadığını açıqlamışdı.
"Sankt-Pauli" Ənvər Cenk Şahini 2017-ci ildə "Başakşəhər"dən transfer etmişdi. Almaniya klubunun qərarından sonra İstanbul təmsilçisi sosial şəbəkə hesabında "Evinə qayıt, Şahin" başlığı ilə status paylaşıb.
saytlarin hazirlanmasi