İspaniya La Liqasının 10-cu turu çərçivəsində keçiriləcək "Barselona" - "Real" matçının vaxtı dəyişdirilə bilər.
Sportal.az xəbər verir ki, oktyabrın 26-da keçirilməsi planlaşdırılan görüşün dekabra təxirə salınması müzakirə edilir.
Kataloniyadakı siyası proseslərə görə, La Liqa rəhbərliyi matçın məkanını dəyişdirməyi təklif etsə də, klublar və federasiya razılaşmayıb.
Yaxın günlərdə "El Klasiko" ilə bağlı qərar rəsmən açıqlanacaq.
saytlarin hazirlanmasi