Azərbaycan Premyer Liqasının IX turu “Səbail”in futbolçusu Fəhmin Muradbəyli üçün yubileylə əlamətdar olub.
Sportal.az xəbər verir ki, o, “Qarabağ”la səfər qarşılaşmasında 100-cü matçına çıxıb.
Premyer Liqada 2014/15 mövsümündə “Neftçi”də debüt edən Fəhmin bu komandada 55, “Səbail”də 45 oyunun iştirakçısı olub. Hesabında 10 top olan 23 yaşlı yarımmüdafiəçi indiki klubunda 6, “ağ-qaralar”ın heyətində 4 qola imza atıb.
saytlarin hazirlanmasi