Rusiya Premyer Liqasında 15-ci turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Moskva "Spartak"ı Tulanın "Arsenal" klubunu qəbul edib. Oyunda qonaqlar 1:0 hesablı qələbə qazanıb.
Ayaz matçın 84-cü dəqiqəsində meydana daxil olub.
"Arsenal" 19 xalla 6-cı, "Spartak" 18 xalla 9-cudur. Yarış cədvəlinə 33 xalla "Zenit" başçılıq edir.
"Spartak" - "Arsenal" - 0:1
Qol: Yevgeni Lutsenko, 16
saytlarin hazirlanmasi