Almaniya Bundesliqasının 11-ci turunda keçirilmiş “Frayburq” - “Ayntraxt” oyununda qalmaqal baş verib.
Sportal.az xəbər verir ki, görüşün 90+5-ci dəqiqəsində qonaqların futbolçusu David Abraham topu oyuna daxil etmək üçün qaçarkən meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayxı yerə yıxıb. Bundan sonra Frankfurt klubunun futbolçuları Abrahamın üzərinə gedib. İnsidentə digər futbolçular da qoşulub.
Baş hakim Abrahama qırmızı vərəqə göstərib.
saytlarin hazirlanmasi