Bu gün AÇ-2020-nin seçmə mərhələsində IX turun növbəti oyunları keçirilib.
Sportal.az xəbər verir ki, J qrupunda qərarlaşan Finlandiya evdə Lixtenşteyni məğlub etməklə tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. B qrupunda mübarizə aparan İsveç səfərdə Rumıniyaya qalib gəlib və final mərhələsinə yüksəlib.
AÇ-2020
Seçmə mərhələ, IX tur
D qrupu
Danimarka - Cəbəllütariq - 6:0
Qollar: Robert Skov, 12, 64, Kristian Qitkyaer, 47, Martin Braytvayt, 51, Kristian Eriksen, 85, 90
İsveçrə - Gürcüstan - 1:0
Qol: Sedrik İtten, 77
F qrupu
Norveç - Farer adaları - 4:0
Qollar: Tore Reqiniussen, 4, İver Fossum, 8, Aleksander Sörlott, 62, 65
Rumıniya - İsveç - 0:2
Qollar: Markus Berq, 18, Robin Kvayson, 34
İspaniya - Malta - 7:0
Qollar: Alvaro Morata, 23, Santi Kasorla, 41, Pau Torres, 62, Pablo Sarabya, 63, Daniel Olmo, 69, Jerar Moreno, 71, Xesus Navas, 85
J qrupu
Ermənistan - Yunanıstan - 0:1
Qol: Dimitrios Limnios, 34
Finlandiya - Lixtenşteyn - 3:0
Qollar: Yasse Tuyominen, 21, Temu Puki, 64 (pen.), 75
Bosniya və Herseqovina - İtaliya - 0:3
Qollar: Françesko Açerbi, 21, Lorenso İnsinye, 37, Andrea Belotti, 52
saytlarin hazirlanmasi