Nazarov: "Öz-özümə deyirəm ki, sən Noyerə qol vurmuş oğlansan"

14:53 - 27 Noyabr 2019

Azərbaycan millisi və "Erzgebirge"nin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu əsasən penaltilərdən fərqlənməyi, Almaniya millisinin qapıçısı Manuel Noyerə qol vurması və bu zərbələrin çoxunu dəqiq yerinə yetirməsindən danışıb.

 

"Penalti zamanı adətən qapıçıların nə etdiyinə fikir verirəm. Zərbə anından əvvəl hər zaman özümün xüsusi fikrim olur. Zərbəni vurmazdan öncə fikirləşməyə ehtiyac yoxdur. Belə etsəz, qol vura bilməyəcəksiz. Yalnız özünəinam fərqlənmək üçün yetərlidir. 2016-cı ildə "Bavariya" ilə yoldaşlıq görüşündə Manuel Noyerə qol vurmazdan əvvəl ovaxtkı baş məşqçimiz Markus Kauçinski mənə dedi ki, əgər Noyeri məyus edə bilsən, bundan belə bütün penaltiləri sən yerinə yetirəcəksən. Dəqiq vurdum və belə də oldu. Bundan sonra öz-özümə deyirəm ki, sən artıq Noyerə penaltidən qol vurmuş oğlansan, ondan yaxşı qapıçı yoxdur".

 

Cari mövsüm ikinci Bundesliqada 6 qol vuran Nazarov bunlardan 3-nə məhz penaltidən imza atıb. O, Aue klubunda indiyə qədər 17 dəfə penaltidən qol vurub. Yığmamızın üzvü yalnız 1 penaltini qola çevirə bilməyib.

Xəbər xətti