Dadaşov baş məşqçisiz qaldı

16:56 - 2 Dekabr 2019

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” baş məşqçisini göndərib.
 

Sportal.az xəbər verir ki, III Liqa klubu Sven Hübşerlə yollarını ayırıb. Onun köməkçisi Tobias Helviq də istefaya göndərilib.
 

“Proyssen” müvəqqəti olaraq U-19 komandasının baş məşqçisi Arne Barezə tapşırılıb.
 

17 oyundan sonra 13 xal toplayan komanda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbər xətti