Bu mövsüm Avropa kuboklarında çıxış edən Rusiya klubları uğursuz nəticələr göstərdi.
Sportal.az xəbər verir ki, bu komandalardan heç biri qrup mərhələsini keçə bilməyib. Bununla da 18 illik anti-rekord təkrarlanıb. Rusiya təmsilçiləri sonuncu dəfə 2001-2002 mövsümündə bu cür uğursuzluqla üzləşmişdi.
Bu mövsüm Rusiyanı Avropa kuboklarında "Lokomotiv", "Zenit" (Çempionlar Liqası), ÇSKA və "Krasnodar" (Avropa Liqası) təmsil edirdi.
saytlarin hazirlanmasi