"Bayern" qış transfer dönəmində heyətini gücləndirməyə çalışacaq.
Sportal.az xəbər verir ki, Robert Levandovskiyə alternativ axtaran Münhen klubu "Şaxtyor"un hücumçusu Teteni hədəfə alıb. Braziliyalı futbolçunun agenti Pablo Bueno açıqlamasında klubların anlaşdığını deyib. Agent solaxay futbolçunun alacağı maaşı müzakirə edir.
"Bayern" bu keçid üçün 50 milyon avrosundan keçəcək.
"Şaxtyor" 19 yaşlı forvardı bu ilin fevralında "Qremio"dan 15 milyon avroya transfer etmişdi. Tete Ukrayna Premyer Liqasında 13 oyuna 3 qol vurub, 3 assist edib. Gənc oyunçu ÇL-də 3 oyuna 1 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi