UEFA "Qəbələ"nin hesbaına 25 min avro köçürüb.
Sportal.az xəbər verir ki, buna səbəb klubun U-19 komandasının Gənclər Liqasında iştirak etməsi olub.
Cari mövsümünün ödəniş siyasətinə uyğun olaraq, qeyd olunan turnirdə müvafiq komandası iştirak etmiş “Qəbələ” klubunun hesabına səyahət və yerləşmə ödənişi olaraq 25000 avro vəsait UEFA tərəfindən AFFA-nın vasitəçiliyi ilə köçürülüb.
"Qəbələ" ilkin təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşmalarda mübarizəni dayandırmışdı.
saytlarin hazirlanmasi