UEFA İcraiyyə Komitəsinin 2014-cü ildə qəbul etdiyi qərara uyğun olaraq, UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında 2018/19-cu il mövsümündə iştirak etmiş klubların arasında Financial Fair Play (FFP) qaydalarına əməl edilməməsi səbəbindən tutulan vəsaitin paylanması mexanizminə əsasən, FFP qaydalarına əməl edilməməsinə görə 2018/19 mövsümündə tənzimləmə müqaviləsi bağlanmış və FFP intizam cəzasına məruz qalan klublar istisna olmaqla, bütün vəsaitin UEFA-nın klub yarışlarında iştirak edən digər klublara yenidən bölüşdürülməsi qərara alınıb.
Sportal.az xəbər verir ki, məbləğin 80%-i UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının qrup mərhələsində oynayan klublara, 20%-i isə hesablaşma müqavilələri imzalayan klublar istisna olmaqla, UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının seçmə mərhələlərini adlaya bilməmiş klublara bərabər hissələrlə paylanır. UEFA-dan ayrılmış 73170.00 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb:
“Qarabağ” – 54120.00 avro
“Keşlə” – 6350.00 avro
“Qəbələ” – 6350.00 avro
“Neftçi” – 6350.00 avro
Qeyd: “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.
saytlarin hazirlanmasi