"Bayer" argentinalı futbolçunu transfer etdi

18:18 - 17 Dekabr 2019

Almaniyanın "Bayer" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, leverkuzenlilər argentinalı yarımmüdafiəçi Ezyekil Palasiosu transfer edib. 21 yaşlı futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb. Bundesliqa təmsilçisi bu keçid üçün "River Pleyt"ə 21,5 milyon avro təzminat ödəyib. Gələcəyin ulduzu hesab edilən futbolçu yanvarın 1-i komandaya qoşulacaq.

 

"River Pleyt"in yetirməsi bu mövsüm 14 oyuna 1 qol vurub, 1 assist edib.

Xəbər xətti