“AFFA rəhbərliyi birbaşa olaraq Robert Prosineçki ilə görüşüb”
Sportal.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında xorvatiyalı məşqçinin agenti Yaşar Çalışır deyib.
Prosineçkinin yenidən millimizi çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən türkiyəli agentin sözlərinə görə, AFFA 50 yaşlı mütəxəssisə təklif göndərib:
“AFFA rəsmiləri Prosineçkiyə rəsmi təklif göndərib. Amma Robertin alternativ variantları var. Son qərarı Prosineçki verəcək. Bununla bağlı daha ətraflı məlumat verə bilmərəm”.
Prosineçki daha öncə millimizə Yaşar Çalışarın vasitəsiylə gətirilmişdi.
saytlarin hazirlanmasi