"Liverpul"da yapon futbolçu - rəsmi

12:37 - 19 Dekabr 2019

"Liverpul" Avstriyanın "Zalsburq" klubundan Takumi Minaminonu transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, mersisaydlılar Yaponiya millisinin üzvü ilə 2024-cü ilin iyununa qədər müqavilə bağlayıb. 24 yaşlı hücuma meyilli yarımmüdafiəçi üçün qarşı tərəfə 10 milyon avro ödənilib. Yapon futbolçu "qırmızılar"da 18 nömrəli forma altında çıxış edəcək.

 

Minamino 2014-cü ildən oynadığı "Zalsburq"da 199 oyuna 64 qol vurub, 44 assist edib.

Xəbər xətti