Umut Bulut Super Liqada klubunu dəyişdi

17:39 - 19 Dekabr 2019

Türkiyənin "Kayserispor" klubundan ayrılan Umut Bulutun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü karyerasını Super Liqanın digər təmsilçisi "Yeni Malatyaspor"a keçib. Klub saytının məlumatına görə, təcrübəli oyunçu ilə 1,5 illik müqavilə imzalanıb.

 

36 yaşlı forvard 2016-cı ildən "Kayserispor"da çıxış edir. Umut "Tuluza", "Trabzonspor" və "Qalatasaray" kimi klublarda çıxış edib.

Xəbər xətti