"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 finalnın "Zirə" ilə cavab matçından (0:1) sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
“Oyun barədə yalnız onu deyə bilərəm ki, rəqib bizdən üstün idi. Hər iki oyunda çalışdıq ki, qalib gələk. Epizodlarımız da oldu, onları qola çevirə bilsəydik, qalib gələ bilərdik. Futbolçularıma təşəkkür edirəm. 90 dəqiqə deyil, 120 dəqiqə çox yaxşı mübarizə apardılar".
Hacıyev komandadan ayrılaq futbolçuların dəqiqləşmədiyini bildirib: "Mükafat haqqında danışmaq istəmirəm. Ondan daha vacib məsələlər, problemlər var. Bunlar haqqında çox danışmışıq. Yevgeni Koçuk və Aleksandr Rıbkanın gedəcəyi ilə bağlı xəbərlərə gəlincə, rəsmi bir şey yoxdur. Özləri də getmək istəmələri ilə bağlı nəsə deməyiblər".
Gənc mütəxəssis hakimin onların təmiz qolunu qeydə almadığını da qeyd edib: "Oyunun sonlarında tora daxil olan, amma sayılmayan top məncə, təmiz qol idi. Kərim Benzema təxminən belə qol vurmuşdu. Qapıçıya da heç kim mane olmurdu. Bu qol Avropada sayılır, amma bizdə sayılmırsa, deməli, problemlərimiz var”.