Maksimov: "Keşlə" ilə kuboku qazanmışamsa, Ukraynada da bacararam"

11:01 - 20 Dekabr 2019

Ukraynanın “Vorskla” klubunun baş məşqçisi Yuri Maksimov "Keşlə" ilə Azərbaycan kubokunu qazanmasını xatırlayıb.

 

Sportal.az xəbər verir ki,  51 yaşlı ukraynalı mütəxəssis Ukrayna kubokundakı şansalarını dəyərləndirərkən karyerasında bu yarışla bağlı xoş xatirələrinin olduğunu bildirib:

 

"1/4 final mərhələsindəki rəqibimiz "Desna" yaxşı vəziyyətdədir. Ancaq kubok oyunları fərqli olur. Kubok turnirləri ilə bağlı xoş xatirələrim var. "Dinamo" və "Verder"in heyətində futbolçu kimi müvafiq olaraq Ukrayna və Almaniya kubokunu, məşqçi kimi "Keşlə" ilə Azərbaycan kubokunu qazanmışam. Bunları etmişəmsə, niyə zirvənin fəthində "Vorskla" ilə görüşməyək?"

 

2017-18 mövsümündə Yuri Maksimovun çalışdırdığı "Keşlə" Azərbaycan kubokunun qalibi olub.

Xəbər xətti