"Spartak"dan azərbaycanlı futbolçu ilə bağlı açıqlama

11:30 - 20 Dekabr 2019

Rusiyanın “Spartak” klubunun baş direktoru Tomas Çorn komandanın azərbaycanlı futbolçusu Ayaz Quliyevin gələcəyi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi gürcü yarımmüdafiəçi Cano Ananidzenin başqa kluba keçmək üçün icazə istədiyini deyib. O, Ayazla bağlı qərar vermədiklərini bildirib: “Quliyevin qalıb-qalmayacağı barədə danışmaq üçün hələ tezdir”.

 

22 yaşlı futbolçu “Spartak”a bu il “Rostov”dan keçib.

Xəbər xətti