"Neftçi" qola həsrət qaldı

17:17 - 21 Dekabr 2019

“Neftçi” Azərbaycan kubokunda antirekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, bakılılar 2019/20 mövsümünü qol vurmadan tərk edib. Yarışa 1/4 finaldan başlayan “ağ-qaralar” evdə 0:1 hesabı ilə uduzduğu “Sumqayıt”a səfərdə də qol vura bilməyib – 0:0.


Bu, 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısının tarixində ilk belə hadisədir. İndiyədək antirekord ötən mövsümün nəticəsi idi. Həmin vaxt bakılılar indiki kimi 2 oyun keçirsələr də, cəmi 1 qol vurmuşdular. Onda da 1/4 finaldan yarışa başlayan “Neftçi”nin rəqibi “Sumqayıt” idi – 0:2, 1:0.

 

Paytaxt təmsilçisinin kubokdakı rekordu 27 qol vurduğu 1994/95 mövsümüdür. Həmin vaxt komanda 9 oyun keçirib.

Xəbər xətti