Edinson Kavaninin yeni klubu məlum oldu

14:35 - 23 Dekabr 2019

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Edinson Kavani karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az "Di Marzio"ya istinadən xəbər verir ki, uruqvaylı forvard "Atletiko" ilə anlaşıb. O, 3 illik müqaviləyə qol çəkib. 32 yaşlı futbolçu 2020-ci ilin yayında azad agent statusu ilə Madrid klubuna qoşulacaq.

 

Kavani 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi.

Xəbər xətti