"Mövsümün sonuna qədər "Səbail"də qalacam - milli üzvü

15:30 - 23 Dekabr 2019

Adı "Keşlə" və "Zirə" ilə hallanan "Səbail"in müdafiəçisi Şəhriyar Rəhimov mövsümün sonuna qədər "Səbail"də qalacağını söyləyib.

 

Sportal.az-a danışan 30 yaşlı müdafiəçi müqaviləsinin olduğunu deyib: "Mövsümün sonuna qədər müqaviləm var və hazırda başqa kluba getmək barədə söhbət olmayıb. Yəqin ki, mövsümün sonuna qədər "Səbail"də qalacam".

 

Azərbaycan millisinin üzvü 2018-ci ildən "Səbail"də çıxış edir. 

Xəbər xətti